Dodo adını Azərbaycan futbolunun tarixinə yazdırdı

00:19 - 5 Oktyabr 2015

Ölkə çempionatlarında ən erkən qol
 
"Qəbələ"nin braziliyalı futbolçusu Dodo Azərbaycan futbolunun tarixinə düşüb.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu buna erkən qol vurmaqla nail olub. 29 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının VII turunda "Xəzər Lənkəran"la oyunda 8-ci saniyədə rəqib qapısına yol tapıb.
 
Qeyd edək ki,"Qəbələ" - "Xəzər Lənkəran" oyununda meydan sahibləri 6:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti