"Qəbələ" sabah başlayır

10:44 - 7 Oktyabr 2015

Qəbələ şəhər stadionunda

 

Azərbaycan Premyer Liqasının VII turunun "Xəzər Lənkəran"la qarşılaşmasından (6:0) sonra məşqlərinə ara verən "Qəbələ" sabah hazırlıqlara start verəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, otyabrın 4-dəki oyundan sonra ilk məşqinə çıxacaq "qırmızı-qaralar" Qəbələ şəhər stadionunda bir araya gələcək. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə səbəbindən verilən istirahət müddətində vətəninə yollanan bəzi legionerlər də geri dönərək məşqlərə qatılacaq. Komandanın hazırlığında yığmaların düşərgəsində olanlar iştirak etməyəcək. Axşam məşqi ilə start götürəcək hazırlıqlar gündə bir dəfə olmaqla davam etdiriləcək.

 

Xatırladaq ki, “Qəbələ”nin futbolçularından Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov Azərbaycanın əsas, Elvin Camalov U-21 komandasına çağırılıb. Legionerlərdən Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya yığmasının düşərgəsindədir. “Qəbələ” Premyer Liqanın VIII turunun oyununu oktyabrın 18-də keçirəcək. Komanda həmin gün səfərdə “Neftçi” ilə qarşılaşacaq

Xəbər xətti