Yubiley mərasimi təşkil olunmayacaq
Almaniya yığmasının və “Bavariya”nın əfsanəsi Gerd Müller alzeymer xəstəliyindən əziyyət çəkir.
Sportal.az xəbər verir ki, dahi futbolçunun xəstəliyi ilə bağlı məlumatı “Bavariya”nın rəhbərliyi də təsdiqləyib. Klubun icraçı direktoru Karl-Hayns Rummeniqqe bildirib ki, Gerd Müller dünya futbolunun əfsanəsidir və onun Almaniya millisi, “Bavariya” qarşısında xidmətləri misilsizdir.
Noyabrın 3-də dahi futbolçunun 70 yaşı tamam olacaq. Lakin onun xəstəliyi ilə əlaqədar rəsmi yubiley mərasimi təşkil edilməyəcək. Hazırda o, həkimlərin nəzarəti altındadır.
Xatırladaq ki, Müller karyerası ərzində “Bavariya”da 13 kubok qazanıb. Futbolçu 585 oyunda 533 qola imza atıb. Millinin heyətində isə dünya və Avropa çempionu olub.
saytlarin hazirlanmasi