Asif Məmmədov zədəsini sağaldıb
"Qəbələ"nin yeni transferlərindən Asif Məmmədov Premyer Liqanın son bir neçə matçında nəinki start heyətdə, hec "18-lik"də yer alımır.
Sportal.az-a daxil olan məlumata görə, futbolçunun iştirak ərizəsində yer almamasının səbəbi zədəli olması imiş. Belə ki, Məmmədov iki həftədən artıq müddətdir ki, zədəlidir. Futbolçu artıq zədəsini sağaldıb və fərdi məşqlərə başlayıb. Onun bir neçə gündən sonra komanda ilə məşqlərə başlayacağı gözlənilir.
saytlarin hazirlanmasi