Yoxlama matçı keçiriləcək
Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunundan (6:0) sonra üçgünlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın oktyabrın 8-dəki axşam məşqi Qəbələ şəhər stadionunda baş tutub. Növbəti turun qarşılaşmasını oktyabrın 18-də “Neftçi”yə qarşı keçirəcək Roman Qriqorçukun yetirmələri milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə yoxlama matçında qüvvəsini sınayacaq. Əyalət təmsilçisi oktyabrın 11-də “Qarabağ”la qarşılaşacaq. Yığmaların düşərgəsində olan futbolçuların iştirak etməyəcəyi matç Qəbələ şəhər stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi