"Qəbələ"nin hücumçusu millinin düşərgəsində zədələndi

11:31 - 9 Oktyabr 2015

Yığmaya kömək edə bilməyəcək

 

"Qəbələ"nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasının düşərgəsində zədələnib.


Sportal.az "Report"a istinadən xəbər verir ki, çiynindən zədə alan 27 yaşlı hücumçu "Avro-2016"nın qalan seçmə matçlarında yığmaya kömək edə bilməyəcək.

 

Eyni səbəbdən Sead Kolaşinats və Tino-Sven Suşiç də millidən kənarda qalıb. Hələlik onların yaşıl meydanlardan nə qədər uzaq qalacaqları bilinmir.

 

Qeyd edək ki, "Avro-2016"nın seçmə mərhələsində B qrupunda yer alan Bosniya və Herseqovina millisi oktyabrın 10-da evdə Uelslə, oktyabrın 13-də isə səfərdə Kiprlə qarşılaşacaq. Komandaya "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də çağırılıb.

Xəbər xətti