"Özümüzü sanki "Enfield"də hiss edirik"
İngiltərə nəhənglərindən olan "Liverpul" klubunun Azərbaycanda rəsmi fan-klubu fəaliyyət göstərir. Azərbaycandakı "Liverpul" fan-klubunun adı rəsmi olaraq bu cür tanınır: "Official LFC Supporters Club Azerbaijan".
Sportal.az sizə fan-klubun rəhbərlərinin fan-klub haqda ətraflı məlumatları təqdim edir:
Sübhan Nərimanov: “Uşaqlıqdan "Liverpul" azarkeşi olmuşam. Hər zaman komandama aid idealarım beynimdə dolaşırdı. Bu ideaları sosial şəbəkələr geniş yayıldıqda reallaşdıra bildim. Əlbəttə, mən bunu tək bacara bilməzdim. Bu işdə məni kimi "qırmızılar"a azarkeşlik edən dostlarım köməklik edib. Sosial şəbəkələrdə olan səhifələrimizlə "Liverpul" azarkeşlərini bir yerə yığdıq. Daha son ra isə oyunlara birgə baxmaq qərarına gəldik. . Fan-klubumuz 2011 ci ildən fəaliyyətə başladı. Fan-klubumuzun futbol komandası var.Gündən-günə inkişaf edirik”.
Mehman Əşrəfov: “Çox sevindirici haldır ki, Azərbaycanın “Liverpul”lu azarkeşlərini bir yerə yığa bilmişik. Təsəvvür edin, “Liverpul”un bütün oyunlarına vaxtından asılı olmayaraq fan-klubla birgə baxırıq. Özümüzü sanki “Enfield”də hiss edirik (gülür). Bizim fan-klubumuz rəsmi fanklubdur. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə də görüşmüşük. Bizə dəstək olduqları üçün minnətdarıq. Çox tezliklə rəsmi saytımız da fəaliyyət göstərəcək. “Facebook” və “Twitter”dən əlavə rəsmi saytımızın olması mütləq idi. Ümumiyyətlə götürsək çox planlarımız var”.
Nicat Məmmədov: "Fan-klubu rəsmiləşdirmək fikrimiz çoxdan var idi. 2013/14 mövsümündə bu işlə daha çox maraqlandıq, ancaq 2013/14 mövsümündə kluba lazım olacaq qədər rəsmi üzvümüz yox idi. Bu mövsüm fanklubdakı üzvlərimizin sayəsində rəsmiləşə bildik. Azərbaycanda bunu ilk olaraq biz etdik. Həqiqətən də çox xoş haldır. Bizə bizə bu işdə köməklik edən hər kəsə öz təşəkkürümüzü bildiririk. Qarşıda daha böyük planlarımız var. Bunları reallaşdırmaq üçün vaxt lazımdır".
Təbriz Məmmədov: “Gələcək üçün bir çox planlarımız var . Bunlardan biri Azərbaycanda “Liverpul” Azərbaycan Fan Klubu”nun təşilatçılığı ilə digər fan-klublarla birgə böyükmiqyaslı futbol çempionatı keçirməkdir. Daha sonra fan-klubla birgə oyunlara baxmaq üçün fan-kluba məxsus bir yer açmaqdır . Burada fan-klub üzvləri “Liverpul”un hər bir oyununa daha rahat bir səkildə baxa biləcək. Gələcəkdə nəzərdə tutduğumuz planlarımızdan biri də “Liverpul”un Bakıda geyim mağazasını açmaqdır. Bu planları həyata keçirmək üçün təbii ki, zaman və maddi vəsait lazımdı. Bu sadaladıqlarımızdan da əlavə bir sıra planlarımız var, amma ilk öncə məqsədimiz bu planları reallaşdırmaqdır".
saytlarin hazirlanmasi