"Qəbələ" "Neftçi" üçün hazırlaşır: Heyətdə 1 itki var

00:21 - 15 Oktyabr 2015

Komanda doğma şəhərdə hazırlıqlarını davam etdirir
 
“Qəbələ” Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarını bərpa edib.
 
Sportal.az xəbər verir ki,  “qırmızı-qaralar” birgünlük istirahətdən sonra ötən gün Qəbələdə bir araya gəlib.  Oktyabrın 11-də baş tutan “Qarabağ”la yoxlama oyununun (2:1) ertəsi məşq edib, sonra istirahətə buraxılan komanda hazırlıqlarını yenidən başlayıb. Qəbələ şəhər stadionundakı məşqə fiziki hazırlıqla başlayan Roman Qriqorçukun komandası ardınca toplu çalışmalara üstünlük verib. Məşqdə milli komandaların düşərgəsinə yollanan futbolçular, həmçinin zədəli Rafael Santos iştirak etməyib. Yığmadan qayıdan oyunçuların sabahkı məşqə qatılması planlaşdırılıb. Komanda həmin məşqi də Qəbələdə keçirəcək.
 
Xatırladaq ki, VIII turun “Neftçi” ilə oyunu oktyabrın 17-də Bakıda keçiriləcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq matç saat 15:30-da başlayacaq.

Xəbər xətti