"Neftçi"yə sanksiya tətbiq oluna bilər

12:23 - 15 Oktyabr 2015

Oktyabrın 22-də dinləmə olacaq

 

“Neftçi”nin sabiq futbolçusu Emil Mpenza ilə bağlı məhkəmə işi davam edir.

 

Sportal.az xəbər verir ki, oktyabrın 22-də bununla bağlı Beynəlxalq Arbitraj Məhkəməsində (CAS) ilk dinlənmə olacaq.

 

Qeyd edək ki, Mpenzanın “Neftçi”dən FİFA-ya şikayəti ali futbol qurumu tərəfindən "ağ-qaralar"a 1 milyon dollara yaxın təzminatın ödənilməsinə dair məktubun göndərilməsi ilə nəticələnib. Ali futbol qurumundan bakılılara göndərilən məktubunda qeyd olunub ki, klub futbolçuya müqavilə əsasında ödənilməyən maaşı verməlidi. Əks halda, flaqmana qarşı ciddi sanksiyalar tətbiq oluna bilər.

 

FİFA-nın qərarından narazı qalan “Neftçi” rəhbərliyi CAS-a müraciət edib.

 

Xatırladaq ki, Emil Mpenza 2010-2012-ci illərdə “Neftçi”də çıxış edib.

Xəbər xətti