Komanda oteldə istirahətə çəkiləcək
"Qəbələ" komandası "Neftçi" ilə Azərbaycan Premyer Liqasının VIII tur matçına oyunun keçiriləcəyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşq etmədən çıxacaq.
Sportal.az sportnet.az saytına istinadən xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, "Qəbələ" oyunöncəsi məşqlərini doğma stadionunda keçirəcək və matçdan bir gün öncə axşam saatlarında Bakıya gələrək, oteldə istirahətə çəkiləcək.
Klub rəsmisi bildirib ki, baş məşqçi Roman Qriqorçuk milli komandaların düşərgəsindən qayıdan futbolçuların yorğunluğunu və "Neftçi" ilə qarşılaşmadan 5 gün sonra Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə Avropa Liqasının III tur matçına çıxacaqlarını nəzərə alaraq, Bakıda da fiziki çalışmalara ehtiyac duymayıb. Səfiyarlı bu addımın "Neftçi"yə zəif rəqib kimi yanaşılması səbəbindən atılmadığını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Neftçi" - "Qəbələ" matçı saat 15:30-da başlanacaq.
saytlarin hazirlanmasi