Danışılmış oyuna görə yığmanın 5 futbolçusu həbs edildi

18:43 - 15 Oktyabr 2015

Kapitan da...

 

Nepal yığmasının sabiq və hazırda komandada çıxış edən 5 futbolçusu danışılmış oyunların iştirakında şübhəli şəxs qismində həbs edilib. 

 

Sportal.az xəbər verir ki, tutulanlar arasında kapitan Saqar Thapa, vitse-kapitan Sandip Rai, qapıçı Riteş Thapa, millinin sabiq müdafiəçisi Bikaş Sinq Çhetri, eləcə də adı açıqlanmayan keçmiş futbolçu və məşqçi var.

 

Qeyd edək ki, şübhəli şəxslər 2008-ci ildən nəticəsi əvvəlcədən danışılmış oyunlar keçirməkdə ittiham olunurlar. Onlar danışılmış oyunlara görə yerli və xarici bukmeyker kontorlarından bonus alıblar.

Xəbər xətti