Müqavilə uzadılacaq?
"Qəbələ" klubu baş məşqçi Roman Qriqorçukun Ukrayna milli komandasına rəhbərlik edəcəyinə dair xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov "Report"a açıqlamasında mətbuatın belə iddialar irəli sürməsini normal hal adlandırıb.
Onun fikrincə, Qriqorçuk istənilən iddialı komandanın baş məşqçi postuna namizəd göstərilə bilər. Amma Z.Əzizov 50 yaşlı mütəxəssisin hazırda "Qəbələ"dən ayrılmaq kimi bir istəyinin olmadığını bildirib.
Qriqorçukla 2014-cü ilin dekabrında 1,5 illik müqavilə bağlanılıb. Onunla hazırda qüvvədə olan anlaşma 2016-cı ilin yayında başa çatacaq. Klub rəsmisi hələlik baş məşqçi ilə müqavilənin uzadılması istiqamətində danışıqlara başlanılmadığını bildirib. Z.Əzizov komandanın hazırkı sıx oyun qrafikini səbəb göstərib. O, məsələyə mövsümün ilk yarısının sonlarına doğru qayıdacaqlarını bildirib.
Qriqorçukun özü isə xəbərə heç bir şərh verməyib.
saytlarin hazirlanmasi