Pərviz Abdullayev növbəti döyüşə çıxır

17:59 - 16 Oktyabr 2015

ACB KB 3 Grand Prix turnirində

 

Bu gün Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən kikboksçumuz Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq.

 

Sportal.az xəbər verir ki, "Kobra" ləqəbli Pərviz Rumıniyanın Sibiyu şəhərində təşkil olunan ACB KB 3 Grand Prix turnirində qüvvəsini sınayacaq.

 

Onun rəqibi Serbiya təmsilçisi Haris Ferizoviç olacaq. Döyüş Bakı vaxtı ilə 23:00-da start götürəcək və Rusiyanın "Боец" kanalı ilə canlı yayımlanacaq.

Xəbər xətti