"7 qol buraxmaq təbii ki, bizi narahat edir"
“U-21 yığmamızın əldə etdiyi nəticələri müzakirə etdik və qərara aldıq ki, gələn həftə Yaşar Vahabzadə ilə görüşək”.
Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Baş katib gənclərdən ibarət yığma komandamızın üst-üstə aldığı məğlubiyyətlər barəsində baş məşqçi Yaşar Vahabzadənin açıqlama verməli olduğunu qeyd edib: “AFFA rəhbərliyi olaraq ondan açıqlama gözləyirik. Bu nəticələr bizi çox narahat edir. Məsələ məğlubiyyətdə yox, məsuliyyətsiz yanaşmada və zəif oyundadı. 7 qol buraxmaq təbii ki, bizi narahat edir. Məşqçilər komitəsinin də yazılı rəyi var. Onu yəqin ki, Vaqif (Sadıqov – red.) müəllim gələn həftə bizə təqdim edəcək. Əvvəlcə onunla tanış olacağıq, sonra Yaşar Vahabzadənin açıqlamasını dinləyib, bütün bunları İcraiyyə Komitəsinin üzvlərinə və təbii ki AFFA prezidentinə təqdim edəcəyik”.
Baş katib Yaşar Vahabzadənin istefaya gönədirilməsi ehtimalına da aydınlıq gətirib: “Bizim onun vəzifəsinə son verməyimiz qeyri-etik olar. Yaşar müəllimlə müqavilə imzalanıb, qərar qəbul olunub. Onu dinləməliyik. Daha öncə milli komandanın digər yaş qruplarında da belə hallar olub. İcraiyyə Komitəsi emosianal qərar qəbul etməyin tərəfdarı deyil". (Apasport.az)
saytlarin hazirlanmasi