İcarə əsasında çıxış edəcək
İngiltərənin 3-cü Liqasında mübarizə aparan "Koventri Siti" klubu İngiltərə millisinin sabiq futbolçusu Co Koulu "Aston Villa"dan icarəyə götürüb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Co Koul icarə əsasında 35 günlük "Koventri"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, karyerası ərzində "Uest-Hem", "Çelsi", "Liverpul", "Lill" və "Aston Villa" klublarında forma geyinmiş Co Koul İngiltərə millisinin formasını 56 dəfə tərlədib və 10 qol vurub.
saytlarin hazirlanmasi