Hər üç hissədə üstün olub
Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada təmsil edən Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, Rumıniyanın Sibiyu şəhərində təşkil olunan kikboksinq üzrə ACB KB 3 Grand Prix turnirində rinqə çıxıb.
72,5 kq çəki dərəcəsində çıxış edən "Kobra" ləqəbli idmançımız serbiyalı Haris Ferizoviçlə qarşılaşıb. 3 raund davam edən döyüşün qalibi hakimlərin qərarı ilə bəlli olub.
Onların rəyinə əsasən hər 3 hissədə daha üstün olan Abdullayev bu görüşdə qələbə qazanıb.
saytlarin hazirlanmasi