"Xəzər Lənkəran" AZAL-la oyuna 1 itki ilə hazırlaşır

12:37 - 17 Oktyabr 2015

Orxan Əliyev fərdi məşqlə kifayətləndi

 

Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18-də AZAL-ı qəbul edəcək "Xəzər Lənkəran" hazırıqlarını başa vurub.

 

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" dünən güclü yağış altında növbəti məşqini keçirib. 


Son günlər Bakıda müalicə alan Orxan Əliyev artıq Lənkərana qayıdıb, lakin o hazırlıq prosesinə qatılmayaraq, kənarda fərdi məşqlə kifayətlənib. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Elnur Cəfərov da məşqdə iştirak ediblər.


"Xəzər Lənkəran" bununla da AZAL-la oyunun ümumi hazırlığını yekunlaşdırmış olub. Qarşıda yalnız taktiki hazırlığın əsas kompanentlərinin təkrarlanmasından ibarət olacaq oyunöncəsi son məşq qalıb.  (12cioyuncu.info)

Xəbər xətti