"Neftçi" Samir Əliyev haqda qərarını verdi

22:22 - 17 Oktyabr 2015

İstefa qəbul olunmadı
 
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Neftçi”-“Qəbələ” (0:1) matçından sonra meydan sahiblərinin baş məşqçisi Samir Əliyev vəzifəsindən istefa verəcəyini bildirib.
 
Sportal.az xəbər verir ki, matçdan sonra baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının iclası keçirilib.
 
İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və baş məşqçi Samir Əliyevin fikirləri dinlənilib. Müşahidə Şurası tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Samir Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək. 

Xəbər xətti