"Düşünürəm ki, bu komanda ilə istəyimizə çatacağıq"
Premyer Liqamızın 8-ci turunun son matçında "Sumqayıt" doğma meydanda "İnter"lə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Sportal.az xəbər verir ki, "kimyaçılar"ın yeni baş məşqçisi Samir Abasov komandaya rəhbərlik etdiyi ilk oyuna belə şərh verib:
"Oyunun çətin keçəcəyini bilirdik. Sözün açığı, “İnter” barədə düşünməmişdik, sadəcə, öz durumumuzu müzakirə edirdik. 10 gündür ki, komanda ilə birgəyəm. Düşünürəm ki, bu komanda ilə istəyimizə çatacağıq. Əsas məqsədimiz yaxşı oyun, yaxşı nəticədir. Çalışacağam ki, sürətli futbol sərgiləyək. Bu gün bir komanda kimi mübarizə apardıq. Həm oynayan, həm də ehtiyatda oturan futbolçulara təşəkkür edirəm".
saytlarin hazirlanmasi