Cokoviç titullar qazanmaqda davam edir

16:57 - 19 Oktyabr 2015

Karyerasında 25-ci “Masters” çempionluğunu qazandı

 

Serbiyalı roketka ustası Novak Cokoviç növbəti titulunu qazanıb.

 

Sportal.az xəbər verir ki, “Şanxay Masters” turnirinin finalında fransalı Co-Uilfred Tsonqanı 78 dəqiqə davam edən mübarizədə hər iki setdə məğlub etməyi bacaran Cokoviç turnirin qalibi olub. Bununla da, Cokoviç son 22 setin heç birində məğlub olmayıb və üst-üstə 17-ci qələbəsini qazanıb. “Şanxay Masters”də çempionluq yaşayan Cokoviç bu mövsüm 9-cu, karyerasının isə 57-ci çempionluğunu yaşayıb.

 

Qeyd edək ki, 25-ci dəfə “Masters” turnirində çempion olan Cokoviç, 27 dəfə çempion olan Rafael Nadaldan geri qalır.

Xəbər xətti