FİFA dərəcəli hakimimizə növbəti təyinat
Azərbaycanlı hakimlər beynəlхalq arenada daha bir təyinat alıb.
Sportal.az хəbər verir ki, Əliyar Ağayev sabah UEFA Gənclər Liqasının oyununu idarə edəcək. Belə ki, FIFA referisi "Zenit" (Rusiya) - "Lion" (Fransa) oyununa təyinat alıb. Sankt-Peterburqda keçiriləcək matçda Ağayevə Mübariz Haşımovla Knyaz Əmiraslanov yardım edəcək. 4-cü hakim isə rusiyalı Kirill Levnikov olacaq.
saytlarin hazirlanmasi