UEFA-dan "Qalatasaray"la oyunöncəsi sərt cəzalar

23:23 - 19 Oktyabr 2015

"Benfika" 20 min avro cərimələndi
 
UEFA "Benfika"nı cəzalandırıb.
 
Sportal.az xəbər verir ki,  buna Çempionlar Liqasında "Ateltiko" ilə matçda Portuqaliya təmsilçisinin azarkeşlərin meydana məşəl atması səbəb olub. Buna görə də "Benfika"ya bir oyunluq şərti cəza verib. Bu hadisə iki il ərzində yenidən təkrarlanarsa, cəza qüvvəyə minəcək. Bundan başqa, Portuqaliya klubu 20 min avro məbləğində cərimələnib.
 
Qeyd edək ki, "Benfika" ÇL-in qrup mərhələsində oktyabrın 21-i "Qalatasaray"ı qəbul edəcək.

Xəbər xətti