Daha 4 il Dortmund təsmilçisində
Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Almaniyanın "Borussiya" (Dortmund) klubu bir futbolçusu ilə müqavilə yeniləyib.
Sportal.az xəbər verir ki, sözügedə komanda 19 yaşlı yarımmüdafiəçi Paskal Ştentsellə yeni müqavilə bağlayıb. Yeni anlaşmaya görə bu futbolçu 2019-cu ilin 30 iyununa qədər "Borussiya"nın şərəfini qoruyacaq.
Qeyd edək ki, "Qəbələ" oktyabrın 22-də "Bakcell Arena"da "Borussiya" ilə görüşəcək. Həmin oyun saat 20:00-da start götürəcək.
saytlarin hazirlanmasi