18 yaş 221 günlüyündə meydana çıxıb
"Porto"nun futbolçusu Ruben Neveş Çempionlar Liqasının tarixinə düşüb.
Sportal.az xəbər verir ki, "Makkabi" ilə oyuna kapitan sarğısı ilə çıxan gənc yarımmüdafiəçi turnirdə rekorda imza atıb. O, Çempionlar Liqası tarixində meydana çıxan ən gənc kapitan olub. Neveş 18 yaş 221 günlüyündə meydana çıxıb.
Bundan əvvəlki rekord isə Moskva MOİK-nin qapıçısı İqor Akinfeyevə aiddir. 2006-cı ildə komandasını kapitan kimi meydana çıxaran rusiyalı qolkiper 20 yaş 227 günlük olub.