Qay: "Cavid Hüseynovdan ötrü darıxıram"

19:43 - 21 Oktyabr 2015

"Rəqibin kim olmasından asılı olmayaraq, istənilən futbolçumuzla söhbət etməyə hazıram"
 
“Öz aramızda tez-tez rəqib barədə danışırıq. Necə komanda ilə oynayacağımızı bilirik”.
 
Sportal.az apasport.az saytına istinadən xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Aleksey Qay deyib. Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsinin növbəti turu çərçivəsində sabah Dortmund “Borussiya”sını qəbul edəcək. Bu görüşdən öncə keçirilən mətbuat konfransında Qay da iştirak edib. Təcrübəli futbolçu sabah sona qədər mübarizə aparacaqlarını bildirib: “Rəqibin kim olmasından asılı olmayaraq, istənilən futbolçumuzla söhbət etməyə hazıram. Futbolda ünsiyyət böyük rol oynayır”.
 
- Belə oyunlarda Cavid Hüseynovdan ötrü darıxırsızmı?
- Çox maraqlı sualdı. Bəli, ondan ötrü darıxıram. Darıxanda da sadəcə, bu məsələdən yapışıb qalmamaq üçün başqa işə vaxt ayırıram.

Xəbər xətti