"Borussiya"nın baş məşqçisi: "Qəbələ"yə qalib gəlmək çox çətin olacaq"

21:28 - 21 Oktyabr 2015

"Sabahkı oyunda siyasi məsələyə görə, güclü futbolçumuzu itirməli olduq"
 
“Qəbələ”ni təhlil etmişik. Rəqibimiz çox güclüdür. Onların “Krasnodar”la oyununu izləmişik. Qələbəyə layiq idilər. “Qəbələ”ni məğlub etmək çox çətindir”.
 
Sportal.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhel Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə keçiriləcək oyun öncəsi təşkil etdiyi mətbuat konfransında deyib.
 
-Şmeldser sabahkı oyun hazırdırmı?
- Buna sabah qərar verəcəyik.
 
- Sabah bu vaxtı matçın təxminən 50-ci dəqiqəsi olacaq. Bəs indi necə, həyəcanlısnızmı?
- Bəli, rəqibdən asılı olmayaraq həyəcan olur. Rəqibə böyük hörmətimiz var. Biz özümüzə inanırıq. Qarşımıza müəyyən tapşırıq qoyulub. 4-4-2 taktiki sxemi ilə oynamağı düşünürük. Qələbə qazanmaq istəyirik. Ancaq bu, çox çətin olacaq.
 
- Mxitaryan məlum səbəblərə görə Bakıya gəlmədi. Bu, oyununuza necə təsir edəcək?
- Təəssüflər olsun ki, sabahkı oyunda siyasi məsələyə görə, güclü futbolçumuzu itirməli olduq. Mxitaryanın yoxluğu bizim üçün itkidir. Onun yerini  Yonas Hoffmanla doldurmağa çalışacağıq.
 
- Marko Roysun durumu necədir? Zədədən sonra əvvəki formasını bərpa edə bilib?
- O, tədricən öz formasını bərpa edir. “Maynts”la oyunda penaltidən fərqlənə bilməsə də, daha sonra iki qola imza atdı.  

Xəbər xətti