Mövsümün sonuna kimi müqavilə imzalandı
Şotlandiyanın "Seltik" klubu yeni transferini açıqlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Seltik" azad agent stausu daşıyan Karlton Koulla mövsümün sonuna kimi müqavilə imzalayıb. Koul yeni komandasında 24 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 32 yaşlı hücumçunun son klubu "Uest-Hem" olub.
saytlarin hazirlanmasi