"Xəzər Lənkəran" Gəncəyə 14 futbolçu ilə gedir

16:59 - 23 Oktyabr 2015

5 futbolçu əvəzedici heyətdən qoşulacaq

 

Premyer Liqanın 9-cu turunda səfərdə "Kəpəz"lə qarşılaşacaq "Xəzər Lənkəran" bu oyuna ciddi itkilərlə çıxacaq.

 

Sportal.az xəbər verir ki, cənub təmsilçisi Gəncəyə 14 futbolçu ilə yollanıb. Rasim Ramaldanov zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək. Zədəsi olan hücumçu Orxan Əliyevin də oynayıb-oynamayacağı hələ dəqiq deyil.

 

Qeyd edək ki, 18-liyi tamamlamaq üçün Gəncədə daha 5 futbolçu "Xəzər Lənkəran"ın əvəzedici heyətindən əsas komandaya qoşulacaq.

 

Xatırladaq ki, "Kəpəz" - "Xəzər Lənkəran" matçı sabah saat 15:00-da Gəncə şəhər stadionunda start götürəcək.

Xəbər xətti