"Kəpəz" "Xəzər Lənkəran"a 3 qolla qalib gəldi

17:53 - 23 Oktyabr 2015

Əvəzedici heyətlərin yarışı

 

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən yarışda 9-cu turun daha iki oyunu başa tutub.

 

Sportal.az  PFL-in rəsmi saytına istinadən verir ki, bu gün keçirilən qarşılaşmalarda "İnter" evdə "Rəvan"a 1:0, "Kəpəz" isə "Xəzər Lənkəran"a 3:0 hesabı ilə qalib gəlib.


 

23 oktyabr

Əvəzedicilərin çempionatı, 9-cu tur

 

“İnter” - “Rəvan” - 1:0
Qol: Oleq Kurbatov, 49 (1:0)

 

“Kəpəz” - “Xəzər Lənkəran” - 3:0
Qollar: Fərid Məmmədov, 69 (1:0), Ziyabil Məmmədov, 80 (2:0), 87 (3:0)

Xəbər xətti