Azarkeşlər hakimləri döydü

12:55 - 24 Oktyabr 2015

Gürcüstanda kütləvi insident

 

Gürcüstan çempionatının II liqasında "Baxmaro" və "Sulori" komandaları arasında keçirilmiş futbol matçı zamanı kütləvi insident baş verib.

 

Sportal.az xəbər verir ki, oyun başa çatdıqdan sonra "Sulori" azarkeşləri meydançaya girərək, hakimləri söyüşlə və fiziki üsulla təhqir ediblər.

 

Baş vermiş hadisə ilə əlaqədar Gürcüstan Futbol Federasiyasının (GFF) yeni prezidenti Levan Kobiaşvili İmereti Regional Futbol Federasiyasında olub. Regional federasiya rəsmiləri ilə görüşdə L.Kobiaşvili insidenti müzakirə edərək tərəflərin arqumentlərini dinləyib. O, insident iştirakçılarının sərt cəzalandırılmasının vacibliyini bildirib.


Qeyd edək ki, Levan Kobiaşvili oktyabrın 5-də GFF prezidenti seçilib. O, yeni vəzifədə Zviad Siçinavanı əvəzləyib. (Report)

Xəbər xətti