Komandanı Hub Stivens çalışdıracaq
Almaniya Bundesliqasında mübarizə aparan "Hoffenhaym" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Markus Qisdolla yollarını ayıran "Hoffenhaym" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Məlumatda bildirilir ki, komandanı bundan sonra "Hoffenhaym"ı 61 yaşlı mütəxəssis Hub Stivens çalışdıracaq.
Qeyd edək ki, "Hoffenhaym" Bundesliqada 10 turdan sonra 6 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi