Toğrul Eratın komandası Almaniya kubokundan kənarda qaldı

10:07 - 28 Oktyabr 2015

Adı matçın iştirak ərizəsinə daxil edilməyib

 

Almaniya Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrun Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.

 

İlk mərhələdə "Rot Vays Essen"i penaltilərlə (0:0, penaltilər 3:1) keçən düsseldorflular bu dəfə də səfərdə "Nürnberq"lə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 1:5 hesablı məğlubiyyəti ilə nəticələnib. Bu üzdən də Düsseldorf klubu kubokda mübarizəni dayandırmalı olub.

 

Qeyd edək ki, Toğrul Eratın adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xəbər xətti