Bundesliqa tarixində ən gənc baş məşqçi

10:57 - 28 Oktyabr 2015

3 illik müqavilə imzalanıb

 

Növbəti mövsüm Almaniya Bundesliqası tarixində ən gənc baş məşqçinin təyinatı rəsmiləşəcək.

 

Sportal.az xəbər verir ki, “Hoffenhaym” klubu mövsümün sonunda 28 yaşlı məşqçi Yulian Naqelsmanla müqavilə imzalayacaq. 

 
Klubun rəsmi saytından verilən məlumata görə, Naqelsman yayda Martin Qizdoldan sonra boş qalan vəzifəni müvəqqəti icra edən Hub Stevensi əvəz edəcək.
 
Qeyd edək ki, "Hoffenhaym" Naqelsmanla yeni mövsüm üçün 3 illik müqavilə imzalayıb.

Xəbər xətti