Futbol Federasiyasının prezidenti istefa verdi

01:51 - 10 Noyabr 2015

Rüşvət qalmaqalına görə vəzifəsindən getdi
 
Almaniya Futbol Federasiyasının prezidenti Volfqanq Nirsbax istefa verib.
 
Sportal.az xəbər verir ki, o, 2006-cı ildə bu ölkədə futbol üzrə dünya çempionatının keçirilməsi üçün 6 milyon 67 min rüşvət verməkdə ittiham olunduğu üçün bu qərarı verib.
 
Qeyd edək ki, V.Nirsbax 2012-ci ildən Almaniya Futbol Federasiyasının prezidenti vəzifəsində çalışırdı.

Xəbər xətti