Futbolçular oteldən kənarlaşdırılıb
Yoldaşlıq oyunu çərçivəsində Fransa ilə qarşılaşacaq Almaniya milli komandasının üzvlərinin Parisdə qaldıqları oteldə bomba həyəcanı yaşanıb.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, oteldə bomba olması barədə xəbər verilib. Partlayış təhlükəsi səbəbindən polisin həyəcan siqnalından sonra komandanın bütün üzvləri oteldən kənarlaşdırılıb.
Qeyd edək ki, Fransa - Almaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi