2 illik müqavilə imzalandı
Almaniya Bundesliqasında mübarizə aparan "Borussiya" (Münhenqladbax) klubu baş məşqçisi Andre Şubertlə rəsmi müqavilə imzalayıb.
Sportal.az xəbər verir ki, komandada uğursuz çıxışlardan sonra istefaya göndərilən Lusien Favrenin əvəzinə müvəqqəti olaraq baş məşqçi təyin olunan Andre Şubert "Borussiya" ilə rəsmi müqavilə imzalayıb. 44 yaşlı mütəxəssis 2 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, "Borussiya" (Münhenqladbax) Bundesliqada 12 turdan sonra 19 xal toplayıb və 6-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi