Nuri Şahin məşqlərə başlayıb
Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ"nin rəqibi olan "Borussiya" Dortmundun uzun zamandı zədədən əziyyət çəkən futbolçusu Nuri Şahin zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, alman klubunun türk futbolçu artıq komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə yarımmüdafiəçi öz "instaqram" səhifəsində məlumat verib.
Qeyd edək ki, Nuri Şahin ötən mövsümün 23-cü turunda "Şalke"yə qarşı keçirilən matçda zədələnmişdi. 9 ay yaşıl meydanlardan kənar qalan futbolçu yaxın vaxtlarda komandasına kömək edə biləcək.
saytlarin hazirlanmasi