"Qəbələ"nin futbolçusu 1 milyon 800 min avro tələb edir

12:16 - 20 Noyabr 2015

FİFA-ya müraciət edib

 

"Qəbələ" bosniyalı futbolçusu Ermin Zets Türkiyənin "Balıkesirspor" klubunun ona olan borcunu ödənilməsini tələb edir.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə klubun nümayəndəsi Şahkan Saltık məlumat verib. O bildirib ki, E.Zets klubdan 1 milyon 800 min avro tələb edir.

 

Ş.Saltık 27 yaşlı hücumçunun borcunun ödənməsi üçün FİFA-ya müraciət etdiyini deyib.

 

Qeyd edək ki, E.Zets bu yay "Balıkesirspor"dan "Qəbələ"yə transfer olunub.

Xəbər xətti