Kampaniyalar haqda məlumat verilib
"Qəbələ"nin Kommersiya direktoru Mustafa Aztopal və Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov 18-19 noyabr tarixlərində Qəbələ şəhərində fəal azarkeşlər və "Qəbələ" Futbol Akademiyasının məşqçi və futbolçu kollektivi ilə görüşlər keçiriblər.
Sportal.az xəbər verir ki, görüşlərdə komandanın oyunlarında azarkeş dəstəyinin önəmindən bəhs olunub və daha çox azarkeşin oyunlarda iştirakının təmin olunması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Fəal azarkeşlərə klubun yaxın günlərdə Qəbələdə keçirməyi planlaşdırdığı kampaniyalar haqda məlumat verilib.
saytlarin hazirlanmasi