Samir Zərgərov: "Bizə bir qələbə lazımdı"

19:29 - 21 Noyabr 2015

"Diqqətimizi PAOK-la oyuna yönəldəcəyik"

 

"Bizim üçün ağır oyun oldu, Belə matçlarda qalib gəlmək lazımdı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, lakin alınmadı".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"la matçdan ( 2- 2) sonra "Qəbələ"nin futbolçusu Samir Zərgərov bildirib.

 

Təcrübəli yarımüdafiəçi daha sonra fikirlərinə belə davam edib: "Sumqayıt" gənc komandadı, çox yaxşı təsir bağışlayırlar. Artıq ardıcıl necə oyunduki heç-heçə edirik. Biz də bu vəziyyətdən çıxmaq istəyirik. Bizə bir qələbə lazımdı. Bir qələbə qazansaq davamı gələcək. Meydanın süni örtüklü olması oyunumuza təsir etmir. Bundan sonra diqqətimizi PAOK-la oyuna yönəldəcəyik. Qələbə qazanmağa çalışacağıq". 

Xəbər xətti