Meydana çıxmayacaq
Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində Yunanıstanda PAOK-un qonağı olacaq "Qəbələ" klubu səfərə yollanıb.
Sportal.az "Report"a istinadən xəbər verir ki, komanda üzvlərini Salonikiyə çarter reysi ilə aparan AZAL-a məxsus təyyarə havaya qalxıb.
Səfərə yollanan futbolçular arasında müqavilə üzrə PAOK-a məxsus, amma icarə əsasında "Qəbələ"də çıxış edən Fakundo Pereyra da var. Argentinalı hücumçu iki klub arasındakı razılığa əsasən, meydana çıxmayacaq.
"Qəbələ"nin digər hücumçusu Ermin Zets isə zədəsini sağaltdığı üçün oyuna yollananlar arasında yer alıb.
Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı yerli vaxtla oktyabrın 26-da saat 22:05-də (Bakı vaxtı ilə 27 oktyabr saat 00:05-də) başlanacaq. 4 turdan sonra meydan sahiblərinin 3, qonaq komandanın 1 xalı var. Hazırda sonuncu pillədə olan "Qəbələ" növbəti mərhələyə yüksəlmək üçün təkcə PAOK-u deyil, son turda Bakıda "Krasnodar"ı da yenməli, eyni zamanda sabah Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya təmsilçisi ilə görüşdə xal itirməməlidir.
saytlarin hazirlanmasi