Aleksey Qay: "Lakin oyunumuzdan razı qalmalıyıq"

23:27 - 27 Noyabr 2015

"Qarşılaşmanı hazırlaşdığımız səviyyədə keçirə bildik"
 
“Qrupumuzdakı digər qarşılaşmanın nəticəsinin oyunumuza heç bir təsiri olmadı. Krasnodardakı görüşdən sonra növbəti mərhələyə hər iki vəsiqənin sahibi bəlli olsa da, biz qarşılaşmaya çıxıb, öz futbolumuzu nümayiş etdirdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Aleksey Qay Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda PAOK-la bərabərə qaldıqları (0:0) oyundan sonra klubun saytına deyib.O, ümumi hədəfin öhdəsindən gəlib, qrupdan çıxa bilmədiklərini vurğulayıb:
 
"Lakin oyunumuzdan razı qalmalıyıq. Düzdür, səfərdə heç-heçəylə kifayətləndik. Amma yaxşı oyun nümayiş etdirdik. Qarşılaşmanı hazırlaşdığımız səviyyədə keçirə bildik. Sadəcə qol vura bilmədik. Bunu da təhlil edəcəyik. Qrup mərhələsində qələbə qazanmamışıq. Lakin hələ bir oyunumuz qalıb. “Krasnodar”la həmin ev oyununda qalib gəlib, azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

Xəbər xətti