Azərbaycanlı azarkeşlər "semiçka"nı sevir

14:25 - 28 Noyabr 2015

Simit və günəbaxan tumları...

 

UEFA-nın rəsmi saytı maraqlı araşdırma aparıb.

 

Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytı Avropa ölkələrinin azarkeşlərinin stadionlarda hansı yeməyə və hansı içkilərə üstünlük vermələri haqda yazıb. Məlumatda bildirilir ki, azərbaycanlı azarkeşlər stadionlarda daha çox günəbaxan tumlarına və simitə üstünlük verirlər.

 

Maraq üçün deyək ki, bizə qonşu ölkə olan Gürcüstan və Ermənistanda da azarkeşlər stadionda günəbaxan tumları çırtlayır. Qardaş ölkə Türkiyədə isə azarkeşlər daha çox sendvinç, dönər və ayrana üstünlük verirlər.

Xəbər xətti