"Bu bizim çatışmazlığımız kimi qalır"
Premyer Liqanın 14-cü turunun son matçında "Qəbələ" öz meydanında "Rəvan"la 1- 1 hesablı heç heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk oyun haqda fikirlərini bildirib: “Oyun barədə nə deyə bilərəm? Nəticədən narazıyam. Biz bu oyunda qalib gəlmək istəyirdik. Hücumlarımızın sonluğunu gətirə bilmirdik. Top bizdə çox olurdu, çox hücumlar edirdik, ancaq bu hücumları qola çevirə bilmədik. Bu bizim çatışmazlığımız kimi qalır".
saytlarin hazirlanmasi