Ən erkən het-trik, poker və penta-trik edən futbolçu
"Bavariya"nın futbolçusu Robert Levandovskinin adı Ginnesin Rekordlar Kitabına daxil edilib.
Sportal.az xəbər verir ki, Polşa millisinin üzvü Bundesliqada ən erkən het-trik, poker və penta-trik edən futbolçu kimi Ginnesin Rekordlar Kitabında yer alıb. Bu uğurlara görə hücumçuya Ginnesin rekordlar kitabının sertifikatları təqdim edilib.
27 yaşlı futbolçu sevincini belə bölüşüb:
"Mənim üçün gözəl və tarixi bir gündür. Bu uğur mənim və bir çox azarkeşlərin uzun müddət yaddaşından silinməyəcək. Həmin matçdan sonra topu evə aparmışdım. Apardığım top üçün xüsusi yer tapmışdım. İndi isə bu sertifikatlar üçün də yer tapmalıyam".
Qeyd edək ki, Bundesliqanın 6-cı turunda "Volfsburq"la görüşdə meydana sonradan daxil olan Levandovski 4 dəqiqəyə het-trik, 6 dəqiqəyə poker və 9 dəqiqəyə pentatrik etmişdi.
saytlarin hazirlanmasi