Riberi məşqlərə başladı
"Bavariya"nın uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Frank Riberi artıq məşqlərə başlayıb.
Sportal.az xəbər verir ki, fransız futbolçu fərdi proqram üzrə məşq keçir. Lakin 32 yaşlı futbolçunun növbəti həftədən komanda ilə birgə məşqlərə başlayacağı gözlənilir.
Qeyd edək ki, Riberi ötən mövsüm Çempionlar Liqasının 1/8 finalında "Şaxtyor"la (Donetsk) keçirilən görüşdə zədələnib.
saytlarin hazirlanmasi