Kubokda 11-ci mövsüm
“Qəbələ” Azərbaycan kubokunun növbəti mövsümündə start oyununa hazırlasır.
Sportal.az xəbər verir ki, Mübarizəyə birbasa 1/8 final mərhələsindən baslayacaq komandanın rəqibi I divizion təmsilçisi “Mil-Mugan”dır. İmisli klubu 11 turdan sonra 15 xalla 8-ci pillədə qərarlasıb. Təqvimə görə oyun dekabrın 2-də keçirilməli idi. Lakin “Qəbələ”nin Premyer Liqa çərçivəsində “Rəvan”la ev oyunu noyabrın 29-dan 30-na keçirildiyindən, kubok matçı da nəzərdə tutulduğu tarixdən 1 gün sonraya təyin olundu.
Tanış rəqib
“Mil-Muğan” komanda üçün tanış rəqibdir. “Qırmızı-qaralar” kubokda ən uğurlu mövsümü olan 2013/14-də mübarizəyə məhz bu rəqiblə keçirdiyi oyunla başlamışdı. O zaman Qəbələdə keçirilən 1/8 final matçı "Qəbələ"nin 2:1 hesablı qələbəsi ilə nəticələnmişdi.
“Qırmızı-qaralar” ardıcıl 6-cı mövsümdür ölkə kubokunda mübarizəyə birinci divizion təmsilçisi ilə keçirəcəyi oyunla başlayır. “Qəbələ” indiyədək aşağı liqa klubları ilə, ümumilikdə, 9 matç keçirib və hamısında qalib (4-ü böyük hesabla) gəlib. Komanda aşağı divizion təmsilçiləri ilə 8 oyunun yalnız 1-də qol buraxıb. Bu, məhz “Mil-Muğan”la 2 il öncəki matçda olub. Yeri gəlmişkən, “Qəbələ” ölkə kubokunda aşağı liqa komandalarına 27 qol vurub, öz qapısından cəmi 3 top buraxıb.
Müsbət balans
"Qəbələ" 2005-ci ildən fasiləsiz çıxış etdiyi Azərbaycan kubokunda 11-ci mövsümünü keçirəcək. Ən uğurlu nəticə, qeyd etdiyimiz kimi, 2013/14 mövsümündə fi naladək irəliləmək olub. ”Mil-Muğan”la görüş kubokda 43-cü matç olacaq. Əvvəlki 42 oyunda, penaltilər seriyası nəzərə alınmamaqla, komanda 19 qələbə qazanıb, 14 dəfə heç-heçə edib, 9 dəfə məğlub olub. (topların fərqi 58-35). “Qəbələ” indiyədək ölkə kubokunun qalibi olmasa da, müsbət balansa malikdir.
Roman Qriqorçuk Azərbaycan kubokunda ötən mövsüm debüt edib. Onda mübarizəyə sabiq baş məşqçi Dorinel Muntyanu ilə başlayan “Qəbələ”nin 1/4 finaladək “sükanı arxası”na ukraynalı çalışdırıcını gətirildi. Roman İosifoviçin komandasının həmin mərhələdə “Simurq”la dueli uğursuz alındı – evdə 0:3, səfərdə 0:0.
Yalnız Zərgərovla Dodo
“Qəbələ”nin ölkə kubokunda bombardiri 7 qolla Kənan Kərimovdur. Kubok yarışında ən çox oyun keçirən futbolçu isə Samir Zərgərovdur. 29 yaşlı yarımmüdafiəçi əvvəllər 3 il (2006-2009) oynadığı “qırmızı-qara” formada 15 oyun (778 dəqiqə) keçirib. Hazırda “Qəbələ”də olan futbolçulardan bu göstəricidə Samirin ən yaxın izləyicisi Luis Hilario Dododur – 13 matç.
Azərbaycan kubokunda 33 futbolçu fərqlənib ki, hazırda onlardan heyətdə yalnız Zərgərovla Dodo qalib. Komanda turnirdə ümumilikdə 58 qola imza atıb. İlk qolun müəllifi isə İbrahim Hüseynovdur.
"Qəbələ İk" qəzeti
saytlarin hazirlanmasi