Roman Qriqorçuk: "Bu seriya "Mil-Muğan"la oyunla yekunlaşır"

19:37 - 3 Dekabr 2015

"Bütün pisliklərin "boynunu buraq"

 

“Hər bir oyunda qazanılan qələbə önəmlidir. İstənilən qələbə psixoloji cəhətdən komandaya kömək edir. Bu baxımından rəqibin fərqi yoxdur.

 

Sportal.az xəbər verir ki, bu fikirləri Azərbaycan kubokunun 1/8 finalmərhələsində "Mil-Muğan" üzərində 7 - 0 hesablı qələbə ilə nəticələnən matçdan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Təcrübəli mütəxəssis sonra fikirlərinə belə davam edib: "9 oyundur qələbə qazana bilmirdik. 9 oyundan 7-də biz istədiyimiz kimi oynamışıq. Yaxşı hücumlar qurmuşuq, sadəcə, qələbə qazana bilməmişdik. Düşünürəm ki, bu seriya “Mil-Muğan”la oyunla yekunlaşır. İstərdim ki, bu qələbə ilə başımıza gələn bütün pisliklərin “boynunu buraq”. 

Xəbər xətti