"Mil-Muğan"la oyun Dodo üçün əlamətdar oldu

01:23 - 4 Dekabr 2015

Kapitanın 150-ci oyunu
 
Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan”la qarşılaşması “Qəbələ”nin kapitanı Dodo üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi 150-ci dəfə “qırmızı-qara” formada meydana çıxıb. "Qəbələ"nin 7:0 hesabı ilə qalib gəldiyi görüşə qədər hesabında 149 matç olan Dodo yubiley qarşılaşmasına start heyətində çıxıb, fasilədə əvəzlənib.
 
“Qəbələ”də ən çox oyun keçirən futbolçu olan cənubi amerikalı bu 150 görüşdə 29 qol vurub, 29 sarı vərəqə alıb. Premyer Liqada 122, Avropa Liqasında 14 matç keçirən yarımmüdafiəçi ölkə kubokunda da 14-cü dəfə “qırmızı-qara” forma geyinib.
 
Mövsüm
turnir
oyun
dəqiqə
qol
sarı
qırnızı
2011/12
Premyer Liqa
31
2734
9
7
0
2011/12
Kubok
3
270
1
1
0
2012/13
Premyer Liqa
30
2544
3
7
0
2012/13
Kubok
3
270
1
0
0
2013/14
Premyer Liqa
35
2920
4
6
0
2013/14
Kubok
5
480
0
2
0
2014/15
Premyer Liqa
16
1304
5
2
0
2014/15
Kubok
2
110
0
1
0
2014/15
Avropa Liqası
2
180
0
0
0
2015/16
Premyer Liqa
10
750
2
1
0
2015/16
Kubok
1
45
0
0
0
2015/16
Avropa Liqası
12
762
4
1
0
Cəmi
 
150
12369
29
28
0

Xəbər xətti