"Qəbələ"nin idmançısı "Glory World Series"in qalibi oldu

02:47 - 5 Dekabr 2015

Abdullayev ilk dəfə çıxış etdiyi yarışda qələbə qazandı
 
Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq arenada uğurla təmsil edən kikboksçumuz Pərviz Abdullayev ölkə tarixində ilk dəfə olaraq bu idman növü üzrə ən mötəbər yarış hesab olunan "Glory World Series"də rinqə çıxıb və qələbə qazanıb.
 
Sportal.az xəbər verir ki, Hollandiya paytaxtı Amsterdamda baş tutan döyüşdə idmançımız mərakeşli Aziz Kallahla üz-üzə gəlib. 3 raund davam edən qarşılaşmanın sonunda hakimlər yekdilliklə döyüşü üstün keçirən Pərvizin xeyrinə qərar veriblər.

Xəbər xətti